QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 153

Maddə 153. Hərbi qulluqçuların intizam xarakterli hərbi hissədə cəza çəkdikləri vaxtın müddətli həqiqi hərbi xidmət müddətinə hesablanması

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

153.1. Məhkumun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır.

153.2. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəzadan azad edilən vaxt həqiqi hərbi xidmətdə olmanın qanunla müəyyən olunmuş son yaş həddinə çatmış şəxslər həqiqi hərbi xidmətdən tərxis edilirlər. V bölmə Əlavə cəzaların icrası XVIII fəsil Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzaların icrası

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver