QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 154

Maddə 154. Nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəzanın icrası qaydası

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

154.1. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə barədə hökm qanuni qüvvəyə mindikdən sonra və ya bu Məcəllənin 154.3-cü maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru onun surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkuma bu hüququ verən orqana göndərir.

154.2. Müvafiq orqan qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumun nəqliyyat vasitəsini idarəetmə hüququndan hökmlə müəyyən olunmuş müddətə məhrum edilməsi ilə əlaqədar nəqliyyat vasitəsini idarəetmə hüququnu verən sənədin saxlanılması üçün tədbirlər görür.

154.3. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir.

154.4. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanı icra edən müəssisə və ya orqan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq bu cəzaya məhkum olunmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surətini və n Maddə 154. … ilələrə uyğun olaraq bu cəzaya məhkum olunmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun mənsub olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq nümayəndəliklərinə və ya həmin dövlətə göndərməklə dərhal məlumat verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver