QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 155

Maddə 155. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanın icrası zamanı işəgötürənin vəzifələri

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

155.1. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxsin işlədiyi yerin işəgötürəni məhkəmənin hökmündə göstərilən tələblərə riayət etməlidir.

155.2. Cəzanı icra edən müəssisə və ya orqan intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalardan əlavə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etməyə məhkum olunmuş şəxsləri nəqliyyat vasitəsini idarəetmə ilə əlaqədar işlərdə istifadə edə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver