QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 172

Maddə 172. Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

172.1. Cəzaçəkmə müəssisələrində cəza çəkən hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadınların, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzalarının çəkilməsi məhkəmə tərəfindən uşaq on dörd yaşına çatanadək təxirə salına bilər.

172.2. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadınlara, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə cəzanın çəkilməsinin təxirə salınması tətbiq edilmir.

172.3. Hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadın, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi cəzasının çəkilməsinin təxirə salınması haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər. Ərizəyə məhkumun xasiyyətnaməsi, məhkuma və onun uşağına yaşayış yeri verməklə zəruri yaşayış şəraiti yaradılması barədə qohumlarının yazılı razılığı, qadının hamiləliyi haqqında həkimin rəyi və ya uşağın doğum haqqında şəhadətnaməsinin surəti əlavə olunur. Məhkəmə məhkumun ərizəsinə baxarkən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin mülahizəsini nəzərə alır.

172.4. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkəmədən hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadın, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi barəsində cəzanı Maddə 172. … i məhkəmədən hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadın, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi barəsində cəzanın çəkilməsinin təxirə salınması haqqında qərarı aldıqdan sonra onu azad edir. Məhkum azad edildiyi vaxtdan sonra on beş gün müddətində yaşayış yeri üzrə probasiya qurumu na qeydiyyata götürülməsi ilə əlaqədar müraciət etməsi haqqında ondan iltizam alınır.

172.5. Hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadın, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi cəzanın çəkilməsindən azad edildikdən sonra yaşayış yerinə dövlət hesabına gedir.

172.6. Hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadının, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişinin azad olunduğu vaxtdan üç gündən gec olmayaraq, yaşayış yeri üzrə məhkəməyə və probasiya qurumu na azad etmə tarixi göstərilməklə, cəzanın icrasının təxirə salınması haqqında qərarın surəti göndərilir.

172.7. icra məmuru hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadını, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişini qeydiyyata götürür və onun üzərində nəzarəti həyata keçirir.

172.8. icra məmuru hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadını, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişini qeydiyyata aldıqdan sonra üç gün ərzində onun azad edildiyi cəzaçəkmə müəssisəsinə məlumat göndərir. Maddə 172. … də onun azad edildiyi cəzaçəkmə müəssisəsinə məlumat göndərir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver