173.1. Hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadın, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi azad edildiyi gündən on beş gün ərzində qeydiyyata götürülməsi ilə əlaqədar üzrsüz səbəbdən icra məmuruna müraciət etmədikdə, onun yerinin müəyyən edilməsi üçün tədbirlər həyata keçirilir, məhkumun yeri müəyyən olunmadıqda isə icra məmurunun qərarı ilə axtarış elan edilir və qərarın surəti müvafiq icra hakimiyyəti orqanına göndərilir.
173.2. Hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadın, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi cəzanın çəkilməsinin təxirə salınması dövründə uşağı tərbiyə etməkdən boyun qaçırdıqda və ya uşaqdan imtina etdikdə icra məmuru tərəfindən ona rəsmi xəbərdarlıq edilir.
173.3. Məhkum xəbərdarlıqdan sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda icra məmuru məhkumun yaşayış yeri üzrə məhkəməyə cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi və məhkumun hökmlə müəyyən olunmuş cəzanın icrası yerinə göndərilməsi haqqında təqdimat verir. Təqdimata cəzanın çəkilməsinin təxirə salınması haqqında qərarın surəti əlavə olunur.
173.4. Uşaq on dörd yaşına çatdıqda və ya uşaq vəfat etdikdə məhkəmə məhkumun davranışını, uşağın tərbiyəsinə münasibətini nəzərə alaraq, onun cəzadan şərti olaraq vaxt Maddə 173. … d yaşına çatdıqda və ya uşaq vəfat etdikdə məhkəmə məhkumun davranışını, uşağın tərbiyəsinə münasibətini nəzərə alaraq, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, yaxud cəzaçəkmə müəssisələrinə göndərilməsi məsələsini həll edir. Məsələyə baxarkən məhkəmə icra məmurunun mülahizəsini nəzərə alır.