QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 174

Maddə 174. Cəza çəkməkdən azad edilmiş şəxslərin hüquqi vəziyyəti

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

174.1. Cəza çəkməkdən azad edilmiş şəxslər məhkumluğu olan şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

174.2. Məhkum edilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəza çəkməkdən azad edildikdə cəzanı icra edən orqan həmin şəxslərin Azərbaycan Respublikası ərazisində olmalarının hüquqi əsaslarını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat verir. Bu məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı həmin şəxslərin Azərbaycan Respublikasında qalması və ya Azərbaycan Respublikasının ərazisindən kənara çıxarılması məsələsini həll edir. XX fəsil Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası, onlara yardım göstərilməsi və nəzarət edilməsi

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver