QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 51

Maddə 51. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər barəsində icra məmurları tərəfindən tətbiq edilən tənbeh tədbirləri

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

51.1. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası qaydalarını pozduqda, icra məmuru məhkuma xəbərdarlıq və ya töhmət növündə tənbeh verə bilər.

51.2. Tənbeh verilməzdən əvvəl məhkumdan yazılı izahat alınır. Xətanın aşkara çıxarıldığı gündən bir ay keçdikdən sonra məhkuma tənbeh verilə bilməz. Məhkum ona verilmiş tənbehdən yuxarı vəzifəli şəxsə şikayət edə bilər.

51.3. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər cəzanı çəkməkdən boyun qaçırdıqda, icra məmuru onlara rəsmi xəbərdarlıq edir.

51.4. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər rəsmi xəbərdarlıqdan sonra cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, icra məmuru Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq islah işlərinin çəkilməmiş hissəsinin azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi haqqında məhkəməyə təqdimat verir. VII-I fəsil Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver