QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 51-1

Maddə 51-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasına başlanılması qaydası

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

51-

1.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasını həyata keçirən icra məmuru məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surətini və həmin hökmün icrası barədə göstərişi aldığı vaxtdan 3 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə gəlib qeydiyyatdan keçməsinə dair yazılı bildiriş göndərir. 51-

1.2. Məhkum bu Məcəllənin 51-1.1-ci maddəsində nəzərdə tutulmuş göstərişi aldıqdan sonra 3 gün müddətində cəzanın icrasına nəzarət edən orqana gəlməlidir. Üzrsüz səbəblərdən gəlməyən məhkumlar probasiya qurumu nun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun qərarı ilə məcburi gətirilir. Həmin qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 51-

1.3. İcra məmuru məhkumu qeydiyyata alır, ona məhkəmə hökmünün tələblərini, cəzanın icrası qaydalarını, həmin qaydaların pozulmasının hüquqi nəticələrini, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyini izah edir, elektron nəzarət vasitəsini məhkumun üzərinə bağlayır və bu barədə protokol tərtib edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver