QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 51-5

Maddə 51-5. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslə tərbiyə işi

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

51-

5.1. İcra məmuru azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslə tərbiyə işini onunla əməyə və təhsilə vicdanlı münasibət göstərilməsinə, cəmiyyətdə qəbul edilmiş davranış qaydalarına riayət edilməsinə yönəlmiş fərdi söhbətlər aparmaqla həyata keçirir. Bu zaman məhkumun fərdi xüsusiyyətləri, xarakteri və törədilən cinayətin səbəbləri nəzərə alınır. 51-

5.2. Məhkumların tərbiyə xarakterli tədbirlərdə fəal iştirakı həvəsləndirilir və onların islah edilməsi müəyyən olunarkən nəzərə alınır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver