QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 51-6

Maddə 51-6. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxs barəsində tətbiq edilən həvəsləndirmə tədbirləri

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

51-

6.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxsə cəzanın icrası qaydalarını nümunəvi yerinə yetirdiyinə görə icra məmuru tərəfindən təşəkkür elan edilə, əvvəllər verilmiş tənbeh götürülə, istirahət və bayram günlərini müəyyən edilmiş ərazi hüdudlarından kənarda keçirməyə icazə verilə bilər. 51-

6.2. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxsə tətbiq edilmiş həvəsləndirmə və tənbeh tədbirləri, habelə tərbiyə xarakterli tədbirlərdə fəal iştirakı məhkumun islah edilməsi müəyyənləşdirilərkən nəzərə alınır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver