QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 180

Maddə 180. Soyğunçuluq

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

180.1. Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama— üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

180.2. Eyni əməllər:

180.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

180.2.2. təkrar törədildikdə;

180.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə;

180.2.4. insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə;

180.2.5. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

180.3. Bu Məcəllənin 180.1 və ya 180.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

180.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

180.3.2. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə — yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

180.4. Bu Məcəllənin 180.1—180.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə — on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver