QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 181

Maddə 181. Quldurluq

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

181.1. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın— dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

181.2. Eyni əməllər:

181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

181.2.2. təkrar törədildikdə;

181.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə;

181.2.4. xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;

181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə— səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

181.3. Bu Məcəllənin 181.1 və ya 181.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

181.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;

181.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə— on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

181.4. Bu Məcəllənin 181.1—181.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə — on dörd ildən on səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver