183.1. Xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayaraq talama— beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
183.2. Eyni əməllər:
183.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
183.2.2. təkrar törədildikdə;
183.2.3. bu Məcəllənin 183.1-ci maddəsində göstərilən əşyaların və ya sənədlərin məhv olmasına, korlanmasına və ya dağıdılmasına səbəb olduqda— səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.