QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 202-2

Maddə 202-2. İnsayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə 202-2.1

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan insayd məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə – cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 202-

2.2. Eyni əməllər: 202-

2.2.1. təkrar törədildikdə; 202-

2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu Məcəllənin 202-2.1-ci maddəsində “insayd məlumat” və “insayder” dedikdə, “ Qiymətli kağızlar bazarı haqqında ” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 78.2-ci və 79.1-ci maddələrində nəzərdə tutulmuş məlumat və şəxslər başa düşülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver