QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 203

Maddə 203. Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

203.1. Qiymətli kağızların emissiya prospektinə (informasiya memorandumuna) bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatların daxil edilməsi, həmçinin bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatları özündə əks etdirən emissiya prospektinin (informasiya memorandumunun) təsdiq edilməsi və ya bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatları özündə əks etdirən qiymətli kağızların emissiyası və ya kütləvi təklifinin yekunları haqqında hesabatın təsdiq edilməsi xeyli miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

203.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə – cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver