205.1. Saxta ödəniş alətlərini və ya qiymətli kağız sayılmayan ödəniş sənədlərini satış məqsədi ilə hazırlama, habelə əldə etmə və ya satma— iki min manatdan dörd min manatadək miqdarda cərimə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
205.2. Eyni əməllər:
205.2.1. təkrar törədildikdə;
205.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
205.2.3. külli miqdarda törədildikdə— dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.