Maddə 204. Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma
204.1. Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma — beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
204.2. Eyni əməllər xeyli miqdarda törədildikdə — yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 204.3 Bu Məcəllənin 204.1 və ya 204.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
204.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
204.3.2. külli miqdarda törədildikdə— səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.