QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 208

Maddə 208. Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

208.1. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama — üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

208.2. Eyni əməllər:

208.2.1. külli miqdarda törədildikdə;

208.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan, yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləği, “külli miqdar” dedikdə otuz min manatdan artıq olan məbləği başa düşülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver