209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma— cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:
209.2.1. təkrar törədildikdə;
209.2.2. külli miqdarda törədildikdə— cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
209.3. Bu Məcəllənin 209.1 və 209.2.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə — cinayət nəticəsində vurulmuş ziyanın dörd misli miqdarında cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, ödənilməmiş gömrük ödənişlərinin iyirmi min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləği, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləği, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləği başa düşülür.