QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 210

Maddə 210. Müflisləşmə zamanı qanunsuz hərəkətlər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

210.1. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin, yaxud əmlak haqqında digər məlumatların gizlədilməsi, əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması xeyli miqdarda ziyan vurduqda— cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

210.2. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün müflis olduğunu bilə-bilə digər kreditorların mənafeyinə ziyan vurmaqla ayrı-ayrı kreditorların əmlak tələblərinin təmin edilməsi, habelə müflisləşmiş borclunun üstünlük verdiyi kreditor tərəfindən əmlakın qəbul edilməsinin digər kreditorlara ziyan vurduğunu bilə-bilə həmin əmlakın qəbul edilməsi külli miqdarda ziyan vurduqda— cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver