Bu Məcəllənin 102, 214, 214-1, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 280 və 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədilə terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə – on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 214-
4.2. Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak etmə – yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu Məcəllənin 214-4.2-ci maddəsində nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.