QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 303

Maddə 303. Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

303.1. Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının, o cümlədən ödəniş əməliyyatlarının bank və ya digər ödəniş xidməti təchizatçısının nümayəndəsi tərəfindən həyata keçirilməsi— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

303.2. Məhkəmənin hökmünə (qərarına) əsasən müsadirə edilməli olan əmlakı gizlətmə və ya mənimsəmə, habelə əmlakın müsadirə olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) icra olunmasından başqa cür yayınma iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya min manatdan iki min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver