QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 304

Maddə 304. Azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

304.1. Cəza çəkən, həbs edilən və ya tutulan şəxsin azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçması— iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

304.2. Eyni əməllər:

304.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

304.2.2. həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə;

304.2.3. silah işlətməklə və ya silah qismində işlədilən əşyalardan istifadə olunmaqla törədildikdə— iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver