QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 348

Maddə 348. Hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə və ya məhv etmə

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

348.1. Silahı, onun komplekt hissələrini, döyüş sursatlarını, partlayıcı maddələri və qurğuları, hərbi texnikanı və ya sair hərbi əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə ağır nəticələrə səbəb olduqda - min beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

348.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver