349.1. Silahı, onun komplekt hissələrini, döyüş sursatlarını, partlayıcı maddələri və qurğuları və ya hərbi texnikanı qəsdən məhv etmə və ya zədələmə - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 349.1-1. Bu Məcəllənin 349.1-ci maddəsində nəzərdə tutulmayan sair hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə xeyli miqdarda zərər vurduqda – min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
349.2. Bu Məcəllənin 349.1 və ya 349.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər:
349.2.1. təkrar törədildikdə;
349.2.2. bir qrup şəxs tərəfindən törədildikdə;
349.2.3. ağır nəticələrə səbəb olduqda;
349.2.4. müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu Məcəllənin 349.1-1-ci maddəsində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı olan məbləğ başa düşülür.