Təhlükəsizlik tədbirləri aşağıdakı hallarda ləğv edilir:
1) təhlükəsizlik tədbirinin tətbiq edilməsi müddəti keçdikdə;
2) mövcud təhlükə aradan qalxdıqda;
3) barəsində təhlükəsizlik tədbirləri tətbiq edilmiş şəxsin ərizəsi olduqda;
4) yazılı surətdə xəbərdar edilməsinə baxmayaraq təhlükəsizliyi təmin edən orqanların qanuni göstərişləri mütəmadi olaraq müdafiə olunan şəxs tərəfindən yerinə yetirilmədikdə.
Yuxarıda göstərilən əsaslar olduqda müdafiə olunan şəxsə yazılı məlumat verilməklə təhlükəsizlik tədbirlərinin ləğvi haqqında əsaslandırılmış qərar qəbul edilir.
Müdafiə olunan şəxs qəbul edilmiş qərar barədə prokurorluğa və ya məhkəməyə şikayət verə bilər. Bu şikayətə dərhal baxılmalıdır. Qəbul edilmiş qərar barədə üç gün müddətində şikayət etmiş şəxsə məlumat verilməlidir.
IV fəsil
Müdafİə olunan şəxslərİn və təhlükəsİzlİyİ təmİn edən orqanların hüquq və vəzİfələrİ