QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 118

Maddə 118. Ekspertə etiraz

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

118.1. Ekspert aşağıdakı hallarda cinayət prosesində iştirak edə bilməz:

118.1.1. bu Məcəllənin 109.1.3— 109.1.8-ci maddələrində nəzərdə tutulmuş halların hər hansı biri mövcud olduqda;

118.1.2. qanuna və ya məhkəmənin hökmünə əsasən onun ekspert olmaq hüququ olmadıqda;

118.1.3. o, təftiş, yaxud digər yoxlama hərəkətləri aparmışdırsa və nəticədə bunlar cinayət işinin başlanmasına əsas olmuşdursa.

118.2. rəyin düzgünlüyünə şübhə yaranması ilə əlaqədar təkrar ekspertizanın aparılması hallarından başqa şəxsin ekspert qismində cinayət prosesində əvvəlki iştirakı onun bundan sonra cinayət prosesində iştirakını istisna etmir.

118.3. Ekspertə etiraz aşağıdakı qaydada həll edilir:

118.3.1. ibtidai istintaq və ya təhqiqat aparılarkən — müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən;

118.3.2. cinayət işinə və ya digər materiala məhkəmədə hakim tərəfindən təkbaşına baxılarkən — məhkəmə iclasında sədrlik edən tərəfindən;

118.3.3. cinayət işinə məhkəmədə kollegial tərkibdə baxılarkən — məhkəmənin tərkibi tərəfindən. XIII fəsil Cinayət prosesində iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver