QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 119

Maddə 119. Şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınması barədə ərizələrə baxılmasının məcburiliyi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

119.1. Bu Məcəllədə nəzərdə tutulmuş kifayət qədər əsaslar olduqda hər bir şəxs özünün zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, mülki cavabdeh, onların və ya şahidin qanuni nümayəndəsi, yaxud nümayəndəsi qismində tanınması barədə ərizə ilə cinayət prosesini həyata keçirən orqana müraciət etməyə haqlıdır.

119.2. Cinayət prosesini həyata keçirən orqan şəxsin zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, mülki cavabdeh, onların və ya şahidin qanuni nümayəndəsi, yaxud nümayəndəsi qismində tanınması barədə ərizəsini aldığı andan 3 (üç) gündən gec olmayaraq ona baxmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməklə bu qərarın surətini ərizəçiyə göndərməlidir.

119.3. Ərizəçi aşağıdakı hüquqlara malikdir:

119.3.1. cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarının surətini aldığı vaxtdan 5 (beş) gün müddətində qəbul edilmiş qərardan məhkəməyə şikayət vermək;

119.3.2. cinayət prosesinin iştirakçısı qismində tanınması üçün ərizə verildiyi gündən 1 (bir) ay müddətində onun ərizəsi üzrə qərar çıxarılmadıqda, ərizəyə baxmalı olan cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən məhkəməyə şikayət vermək və ya məhkəmə vasitəsi ilə onun cinayət prosesinin iştirakçısı qismində tanınması üçün məhkəməyə ərizə vermək.

119.4. Ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qa Maddə 119. Şəxsin cinayət prosesinin iştirakçısı … lə onun cinayət prosesinin iştirakçısı qismində tanınması üçün məhkəməyə ərizə vermək.

119.4. Ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin, habelə hadisə nəticəsində ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu özünün hüquqi varis qismində tanınmasını tələb edə bilər. Onun ərizəsinə cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 119.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver