QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 130

Maddə 130. Cinayət təqibi üzrə icraatın aparıldığı müddətdə əşyaların mühafizəsinin təmin edilməsi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

130.1. Maddi sübutların və digər əşyaların saxlanılması zamanı, habelə onların ekspertizadan keçirilməsi, cinayət işinin digər ibtidai araşdırma orqanına, prokurora və ya məhkəməyə göndərilməsi ilə əlaqədar bu əşyaların itirilməsi, zədələnməsi, xarab olması, bir-birinə toxunması və ya qarışmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir.

130.2. Cinayət təqibi üzrə icraatın materialları göndərilərkən onları müşayiət məktubunda, ayrıca siyahıda və ya ittiham aktına əlavə olunmuş arayışda həmin materiallarla göndərilən bütün maddi sübutlar və digər əşyalar qeyd olunmalıdır. Cinayət təqibi üzrə icraatın materialları ilə göndərilməyən əşyaların saxlanıldığı yerlər yuxarıda sadalanan sənədlərdə göstərilməlidir.

130.3. Poçt vasitəsi ilə və ya əllə göndərilən maddi sübutlara və digər əşyalara ekspert, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim baxır və bu əşyaları müşayiət məktubuna, siyahıya, ittiham aktına əlavə edilmiş arayışa, habelə onların əlamətlərini və götürülməsini əks etdirən protokollara və cinayət təqibi üzrə digər materiallara əsasən tutuşdurur. Əşyalara baxışın gedişi və nəticələri barədə protokol tərtib olunur. Həmin əşyalara baxış hakim tərəfindən keçirildikdə onun nəticələri məhkəmə iclasında elan olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver