QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 131

Maddə 131. Cinayət təqibi üzrə icraat başa çatanadək maddi sübutlar barədə qəbul edilən qərarlar

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

131.1. Cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan aşağıdakı maddi sübutları mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır:

131.1.1. tez xarab olan əşyaları; * ( 131.1.1 -ci maddəyə Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.)

131.1.2. məişətdə gündəlik tələbat əşyalarını;

131.1.3. gündəlik qulluğa ehtiyacı olan ev heyvanlarını, quşları və digər heyvanları;

131.1.4. verilmiş mülki iddianın və ya əmlak tələbinin təmin edilməsi üçün üzərinə həbs qoyulmamış avtomobil və digər nəqliyyat vasitələrini.

131.2. Bu Məcəllənin 131.1-ci maddəsində nəzərdə tutulmuş əşyaların mülkiyyətçisi və ya qanuni sahibi məlum olmadıqda və ya hər hansı səbəbdən onların qaytarılması mümkün deyilsə, bu əşyalar istifadə, saxlanma və ya qulluq edilməsi üçün müvafiq təşkilatlara verilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver