verilməsi 131-
1.1. Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin miqdarı qanunla həmin maddələr üçün müəyyən edilmiş xüsusilə külli miqdarın aşağı həddindən artıq olduqda, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin maddələrdən bu Məcəllə ilə müəyyən edilmiş qaydada ekspert tərəfindən nümunənin götürülməsini, qalan hissəsinin isə məhv edilməsini və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görməlidirlər. 131-
1.2. Ekspertizanın keçirilməsi üçün təqdim edilmiş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin müvafiq ekspertizası keçirildikdən sonra ekspert həmin maddədən qanunla müəyyən edilmiş xüsusilə külli miqdarının aşağı həddi miqdarında nümunə götürür, bu nümunəni və maddənin qalan hissəsini ayrılıqda qablaşdırır. Ekspert tədqiqatı nəticəsində ekspert həmçinin təqdim edilmiş maddələrin tibbi məqsədlərlə istifadə olunub-oluna bilməməsinə dair rəy verməlidir. Nümunə və həmin maddələrin qalan hissəsi ekspert rəyi ilə birlikdə ekspertiza təyin etmiş şəxsə təqdim edilir. 131-
1.3. Maddi sübut olan bəzi maddələrin cinayət təqibi Maddə 131-1. Maddi sübut olan bəzi … addələrin qalan hissəsi ekspert rəyi ilə birlikdə ekspertiza təyin etmiş şəxsə təqdim edilir. 131-
1.3. Maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələsinə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında baxılır. Müvafiq vəsatət və təqdimat ekspert rəyi cinayət təqibini həyata keçirən orqana daxil olduğu vaxtdan 10 gündən gec olmayaraq məhkəməyə təqdim edilməlidir. 131-
1.4. Bu Məcəllənin 131-1.3-cü maddəsində nəzərdə tutulmuş vəsatətin təmin edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində bu Məcəllənin 131-1.1-ci maddəsində nəzərdə tutulmuş maddələrin qalan hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məhv edilir və ya tibbi məqsədlərlə istifadəsi üçün təhvil verilir. 131-
1.5. Nümunələrin götürülməsi, habelə bu Məcəllənin 131-1.1-ci maddəsində nəzərdə tutulmuş maddələrin qalan hissəsinin məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məqsədilə müvafiq dövlət qurumuna verilməsi zamanı videoçəkilişdən istifadə edilməklə protokol tərtib olunur. Protokol videoçəkilişi əks etdirən müvafiq məlumat daşıyıcısı ilə birlikdə cinayət təqibi ilə bağlı materiallara əlavə edilir. 131-
1.6. Bu Məcəllənin 131-1.2-ci maddəsində nəzərdə tutulmuş nümunələr barədə məsələ cinayət təqibi üzrə icraat başa çatdıqd Maddə 131-1. Maddi sübut olan bəzi … teriallara əlavə edilir. 131-
1.6. Bu Məcəllənin 131-1.2-ci maddəsində nəzərdə tutulmuş nümunələr barədə məsələ cinayət təqibi üzrə icraat başa çatdıqdan sonra bu Məcəllənin 132-ci maddəsində nəzərdə tutulmuş qaydada həll edilir. Cinayət prosesini həyata keçirən orqan iş üzrə yekun qərar çıxararkən nümunələrin məhv edilməli və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməli olduğunu qeyd etməlidir.