231.1. Zərər çəkmiş şəxsin dindirilməsi bu Məcəllənin 227—230-cu maddələrində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalara müvafiq aparılır.
231.2. Cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan 14 yaşından yuxarı uşağın tələb etdiyi hallarda onun dindirilməsi qanuni nümayəndəsinin, yaxud onun seçimi əsasında müəllimin, psixoloqun və ya həkimin iştirakı ilə aparılır.