QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 232

Maddə 232. Şübhəli şəxsin dindirilməsi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

232.1. Şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barәsindә qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır.

232.2. Şübhəli şəxsin tutulduğu halda o öz ifadələrini müdafiəçinin iştirakı ilə vermək hüququna malikdir. Şübhəli şəxsin dindirilməsində müstəntiq bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Bu Məcəllənin 92.12-ci maddəsində nəzərdə tutulmuş hallarda şübhəli şəxsin dindirilməsində müdafiəçinin iştirakı məcburidir. 232.2-1. Hüquqi yardım istədiyini bildirən tutulmuş şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir. 232.2-2. Müdafiəçidən imtina etməyən tutulmuş şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Həmin ifadələrin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir.

232.3. Müstəntiq şübhəli şəxsi audio yazıdan, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə etməklə dindirmək hüququna malikdir.

232.4. Şübhəli şəxsin dindirilməsindən əvvəl müstəntiq ona şübhənin mahiyyətini elan etməyə, habelə şübhəli şəxsə ifadə verməkdən imtina və müdafiəçinin köməyindən istifadə etmək də daxil olmaqla, onun hüquqlarını izah etməlidir.

232.5. Müstəntiq dindirməyə şübhəli şəxsə Maddə 232. Şübhəli şəxsin dindirilməsi … erməkdən imtina və müdafiəçinin köməyindən istifadə etmək də daxil olmaqla, onun hüquqlarını izah etməlidir.

232.5. Müstəntiq dindirməyə şübhəli şəxsə şübhə barəsində və onun mülahizələrinə görə iş üçün əhəmiyyətli ola bilən bütün digər hallar barədə ifadə vermək təklifi ilə başlayır. Qalan hallarda müstəntiq şübhəli şəxsin dindirilməsində təqsirləndirilən şəxsin dindirilməsi üçün bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydaları rəhbər tutmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver