QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 257

Maddə 257. Poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulmasının, onun baxışının və götürülməsinin aparılması qaydası

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

257.1. Müstəntiq poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərarı müvafiq rabitə idarəsinin rəisinə göndərir.

257.2. Rabitə idarəsinin rəisi bu barədə müstəntiqə dərhal məlumat verməklə müvafiq qərarda göstərilən poçt, teleqraf və digər göndərişləri saxlayır.

257.3. Poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması ilə əlaqədar müstəntiq aşağıdakı hərəkətləri yerinə yetirir:

257.3.1. müvafiq qərarda göstərilən poçt, teleqraf və digər göndərişin saxlanması barədə rabitə idarəsinin rəisindən məlumat aldıqda, rabitə idarəsinə gəlir və həmin idarənin işçilərinin iştirakı ilə müvafiq göndərişə baxış keçirir;

257.3.2. poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması barədə qərar əsasında rabitə idarəsinin rəisini həmin qərarın götürülməyə dair hissəsi ilə imza etdirməklə tanış edir və müvafiq göndərişi götürür.

257.4. Poçt, teleqraf və digər göndərişdə iş üçün əhəmiyyətli ola biləcək sənəd və əşyaları aşkar etdikdə, müstəntiq müvafiq göndərişi götürə və ya onların surətini çıxarmaqla kifayətlənə bilər. İş üçün əhəmiyyətli ola biləcək məlumatlar olmadıqda, müstəntiq baxılmış göndərişin ünvanı üzrə verilməsi və ya onun müəyyən etdiyi müddətədək saxlanılması barədə göstəriş verir.

257.5. Müstəntiq poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması zamanı, onun baxışı və götürülməsində foto, video və kino çəkilişdən və ya Maddə 257. Poçt, teleqraf və digər göndərişlər … r.

257.5. Müstəntiq poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması zamanı, onun baxışı və götürülməsində foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə etmək hüququna malikdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver