QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 258

Maddə 258. Poçt, teleqraf və digər göndərişin baxışı və ya götürülməsi protokolu

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

258.1. Poçt, teleqraf və digər göndərişin baxışı və ya götürülməsinə dair protokol tərtib edilir və həmin protokolda aşağıdakılar göstərilir:

258.1.1. baxış və ya götürmənin aparıldığı tarix, vaxt və yer;

258.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

258.1.3. poçt, teleqraf və digər göndərişin üzərində baxış və ya götürmə aparılan şəxsin soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

258.1.4. baxışın və ya götürmənin aparılmasında iştirak etmiş digər şəxslərin (rabitə idarəsi rəisinin, zərurət olduqda həmin idarənin digər qulluqçularının) soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

258.1.5. baxış və ya götürmənin aparılmasının xüsusiyyətləri, hansı göndəriş üzərində baxış və ya götürmənin aparıldığı, ünvan üzrə göndərilməli və müvəqqəti saxlanılmalı olan göndəriş, hansı poçt, teleqraf və digər göndərişdən surətlərin çıxarıldığı, hansı texniki vasitələrdən istifadə edildiyi barədə qeyd;

258.1.6. istintaq hərəkəti aparılarkən müşahidə edilmə ardıcıllığı ilə baxış və ya götürmədə bütün aşkar olunanlar.

258.2. Poçt, teleqraf və digər göndəriş üzərində baxış və ya götürmənin aparılması protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan həmin istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanı Maddə 258. Poçt, teleqraf və digər göndərişin … lması protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan həmin istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır.

258.3. Poçt, teleqraf və digər göndəriş üzərində həbs qoyulması zamanı, onun baxışın və ya götürülməsinin aparılmasında foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver