QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 259

Maddə 259. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların və ya başqa məlumatların ,

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Maddə 259. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların və ya başqa məlumatların, habelə xidmət provayderində saxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) ələ keçirilməsi

259.1. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki, vasitələrlə ötürülən məlumatların, habelə xidmət provayderində saxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) ələ keçirilməsi, bir qayda olaraq, məhkəmənin qərarı əsasında həyata keçirilir. Şübhəli və ya təqsirləndirilən şəxsin digər şəxslərə ötürdükləri məlumatlarda (yaxud təqsirləndirilən və ya şübhəli şəxsə ötürülən məlumatlarda), habelə xidmət provayderində saxlanılan digər məlumatlarda (abunəçi məlumatlarında, trafik və məzmun verilənlərində) cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan məlumatların olmasını güman etməyə kifayət qədər əsaslar olduqda müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı üzrə, məhkəmə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatın və ya başqa məlumatın, habelə xidmət provayderində saxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) ələ keçirilməsi haqqında qərar çıxarır. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən Maddə 259. Telefon və digər qurğularla aparılan … rilənlərinin) ələ keçirilməsi haqqında qərar çıxarır. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların, habelə xidmət provayderində saxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) ələ keçirilməsi bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə həyata keçirilir.

259.2. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi altı aydan artıq davam edə bilməz.

259.3. Maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər.

259.4. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən və ya başqa məlumatların, habelə xidmət provayderində saxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) ələ keçirilməsi haqqında qərarda aşağıdakılar göstərilməlidir:

259.4.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;

259.4.2. qərarı çıxarmış şəxsin soyadı, adı və atasının adı, vəzifəsi;

259.4.3. müvafiq danışıqların və ya məlumatların ələ keçirilməsi üçün əsas olan obyektiv hallar və bunun motivinin əsaslandırılması;

259.4.4. müvafiq danışıqları və ya məlumatları ələ keçirilməli olan şəxsin (şəxslərin) soya Maddə 259. Telefon və digər qurğularla aparılan … olan obyektiv hallar və bunun motivinin əsaslandırılması;

259.4.4. müvafiq danışıqları və ya məlumatları ələ keçirilməli olan şəxsin (şəxslərin) soyadı, adı, atasının adı və dəqiq ünvanı;

259.4.5. ələ keçirilməli olan danışıqların və ya məlumatların dəqiq növü və ya növləri;

259.4.6. üzərinə müvafiq danışıqların və ya məlumatların ələ keçirilməsi vəzifəsi qoyulmuş idarənin adı;

259.4.7. müvafiq danışıqların və ya məlumatların ələ keçirilməsinə tətbiq edilən müddət.

259.5. Telefon və digər qurğularla aparılan danışıqlar, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatlar və ya başqa məlumatlar, habelə xidmət provayderində saxlanılan digər məlumatlar (abunəçi məlumatları, trafik və məzmun verilənləri) səlahiyyətli şəxslər tərəfindən müvafiq qərar əsasında ələ keçirilir. Ələ keçirilmiş danışıqlar və ya məlumatlar kağız, yaxud elektron daşıyıcılarda əks etdirilir, onları ələ keçirmiş şəxsin imzası ilə təsdiq olunur və müstəntiqə verilir. İşə aid danışıqların və ya məlumatın ələ keçirilməsi barədə qısa məzmunlu protokol tərtib olunur və cinayət işinin materiallarına əlavə edilir. İşə aid olmayan əldə edilmiş məlumatlar dərhal ləğv olunur. XXXIV fəsil İfadələrin yerində yoxlanılması və istintaq eksperimenti

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver