265.1. Ekspertizanı xüsusi biliklərə malik olan, ekspert qismində təyin olunan bir və ya bir neçə şəxs apara bilər.
265.2. Təkbaşına ekspertizanın aparılması müəyyən bir ekspertə və ya müəyyən eksperti təyin edən ekspert idarəsinin rəisinə tapşırılır.
265.3. Mürəkkəb və təkrar ekspertizalar eyni ixtisasdan olan ekspertlər komissiyası tərəfindən aparılır. Tərəflərin xahişi ilə ekspert komissiyasının tərkibinə onların göstərdiyi ekspertlər daxil edilə bilər. Ekspertlər öz aralarında məsləhətləşmə aparır və ümumi rəyə gəldikdə rəyi imzalayırlar. Ekspertlər arasında fikir ayrılığı olduqda onlardan hər biri fikir ayrılığı doğurmuş bir və ya bir neçə suala dair ayrıca rəy verir.
265.4. Komisyon ekspertiza aparılması haqqında qərarın icrası ekspert idarəsinin rəhbəri üçün məcburidir. Hər hansı ekspertizanın aparılması ekspert idarəsinə tapşırıldıqda, həmin idarənin rəhbəri ekspertizanın aparılması üçün ekspertlər komissiyası təşkil edə bilər.
265.5. Şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir.