QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 266

Maddə 266. Kompleks ekspertiza

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

266.1. Cinayət təqibi üçün əhəmiyyətli olan hallar müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla müəyyən edilə bildikdə kompleks ekspertiza təyin edilir.

266.2. Ekspertlər öz səlahiyyətləri daxilində kompleks ekspertiza çərçivəsində müəyyən edilmiş faktiki məlumatların məcmusu əsasında müəyyən edilməsi üçün ekspertizanın təyin edildiyi hallar barədə gəldikləri nəticəni ifadə edirlər.

266.3. Ekspert kompleks ekspertizanın rəyinin onun səlahiyyətinə aid olmayan hissəsini imzalaya bilməz.

266.4. Kompleks ekspertizanın aparılması ekspert idarəsinə tapşırıldıqda, kompleks tədqiqatların təşkili həmin idarənin rəhbərinin üzərinə düşür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver