279.1. Cinayət işi üzrə dayandırılmış icraat müstəntiqin qərarı ilə aşağıdakı hallarda təzələnir:
279.1.1. cinayət işi üzrə icraatın dayandırılması üçün bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallar aradan qalxdıqda;
279.1.2. təqsirləndirilən şəxsin iştirakı olmadan aparılması mümkün olan prosessual hərəkətlərin yerinə yetirilməsi zərurəti olduqda.
279.2. Cinayət işi üzrə icraatın təzələnməsi barədə müstəntiqin qərarının çıxarıldığı andan 24 saatdan gec olmayaraq onun surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.
279.3. Cinayət işi üzrə icraat, həmçinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmə nəzarətini həyata keçirən məhkəmənin qərarına əsasən, müstəntiqin iş üzrə icraatın dayandırılması haqqında qərarı ləğv edilməklə təzələnə bilər.
279.4. Müstəntiq cinayət işi üzrə icraatın təzələnməsi barədə təqsirləndirilən şəxsə və müdafiəçiyə, habelə zərər çəkmiş şəxsə, onun nümayəndəsinə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verməlidir.