383.1. Apellyasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdir:
383.1.1. məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə—məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi;
383.1.2. bəraətin dəlil və əsaslarına aid hissədə—bəraət almış şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi;
383.1.3. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə dair—yetkinlik yaşına çatmamış şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi;
383.1.4. tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair—barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin qanuni nümayəndəsi və müdafiəçisi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü;
383.1.5. zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə—zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi;
383.1.6. mülki iddiaya dair hissədə—mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri;
383.1.7. hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair hissədə - hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi.
383.2. Apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir. Göstərilən dövlət ittihamçı Maddə 383. Apellyasiya şikayəti və ya apellyasiya … ərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir. Göstərilən dövlət ittihamçısı vəfat etdikdə, xəbərsiz itkin düşdükdə, uzunsürən ağır xəstəliyə tutulduqda, protest verməkdən yayındıqda və ya imtina etdikdə, habelə onun mövqeyi ilə razılaşmadıqda Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan, həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının əvəzinə apellyasiya protesti vermək hüququna malikdir. Birinci instansiya məhkəməsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına bu Məcəllənin 314.1, 314.3 və 314.4-cü maddələrinin tələblərinin ziddinə baxıldığı halda apellyasiya protesti vermək hüququna Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru malikdir.
383.3. Məhkumun və ya zərər çəkmiş şəxsin yaxın qohumlarının şikayətləri yalnız o halda apellyasiya icraatına səbəb olur ki, həmin şəxslər bu Məcəllənin qaydalarına uyğun olaraq müstəntiq və ya birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində işə buraxılır. Maddə 383. Apellyasiya şikayəti və ya apellyasiya … nsiya məhkəməsi tərəfindən təqsirləndirilən və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində işə buraxılır.