384.1. Apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində aşağıdakı hallarda verilir:
384.1.1. ittiham və ya bəraət hökmü çıxarıldıqda;
384.1.2. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması haqqında qərar çıxarıldıqda;
384.1.3. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıldıqda;
384.1.4. ləğv edilmişdir.
384.1.5. ləğv edilmişdir.
384.1.6. ləğv edilmişdir.
384.1.7. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarıldıqda;
384.1.8. tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qərar çıxarıldıqda;
384.1.9. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi haqqında qərar çıxarıldıqda.
384.1.10. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında qərar çıxarıldıqda;
384.1.11. hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair icraa Maddə 384. Apellyasiya şikayətinin və ya apellyasiya … ər yekun qərarının icrası qaydasında qərar çıxarıldıqda;
384.1.11. hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair icraat üzrə məhkəmənin yekun qərarı çıxarıldıqda;
384.1.12. apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə qərar çıxarıldıqda.
384.2. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.
384.3. Məhkəməyə gəlməkdən boyun qaçıran məhkum və ya bəraət almış şəxs çıxarılmış hökm barədə birinci instansiya məhkəməsinin elanlar lövhəsində məlumatın yerləşdirildiyindən sonra 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti vermək hüququna malikdirlər.
384.4. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində cinayət işi yuxarı məhkəmə tərəfindən birinci instansiya məhkəməsindən tələb edilə bilməz.
384.5. Apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər məhkəmə baxışı zamanı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş digər qərarlardan narazı olduqlarını cinayət işi üzrə yekun məhkəmə qərarından verdikləri müvafiq olaraq apellyasiya şikayətində və ya apellyasiya protestində əsaslandırmaq hüququna malikdirlər. Maddə 384. Apellyasiya şikayətinin və ya apellyasiya … likdirlər.