407.1. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarının giriş və nəticəvi hissəsi elan edilir. Həmin qərar elan olunduğu vaxtdan 3 (üç) gündən gec olmayaraq aşağıdakı tədbirlər görülməlidir:
407.1.1. hökmün surəti məhkuma və ya bəraət almış şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələrinə verilməlidir;
407.1.2. məhkəmənin digər yekun qərarının surəti, həmçinin cinayət prosesi iştirakçılarının vəsatətlərinə əsasən onlara verilməlidir.
407.2. Apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. XLVIII fəsil Məhkəmələrin hökm və ya qərarlarına kassasiya qaydasında yenidən baxılması