408.1. Kassasiya şikayəti və ya kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə bilər.
408.2. Kassasiya şikayəti və ya kassasiya protesti aşağıdakı qaydada verilir:
408.2.4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası tərəfindən çıxarılmış hökm və qərarlardan - Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına;
408.2.5. apellyasiya məhkəmələrinin cinayət işləri üzrə məhkəmə kollegiyaları tərəfindən çıxarılmış hökm və qərarlardan - Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasına. 408.3 Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından bu Məcəllənin 408.2.4 - 408.2.5, 410, 413-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq təqdimat verir. Təqdimata baxılması bu Məcəllənin 414, 416—420-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri bu səlahiyyətləri apellyasiya məhkəmələrinin sədrləri və ya Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı əsasında da (yuxarıda göstərilmiş şəxslərin müraciətləri olduqda) hə Maddə 408. Kassasiya … inin sədrləri və ya Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı əsasında da (yuxarıda göstərilmiş şəxslərin müraciətləri olduqda) həyata keçirir.