QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 412

Maddə 412. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilmə qaydası

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

412.1. Kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir. Kassasiya şikayəti və ya kassasiya protesti birinci instansiya məhkəməsinə verildikdə şikayət və ya protest cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsinə verildikdə şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu maddədə göstərilən hər üç halda apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 417.1-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra kassasiya şikayəti və ya kassasiya protestinin apellyasiya instansiyası məhkəməsinə daxil olduğu vaxtdan 23 (iyirmi üç) gündən gec olmayaraq kassasiya şikayəti və ya kassasiya protesti cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilir.

412.2. Kassasiya şikayəti və ya kassasiya protesti yazılı şəkildə verilməlidir.

412.3. Kassasiya şikayəti və ya kassasiya protestinə müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.

412.4. Kassasiya şikayəti və ya kassasiya protestinə onların surətləri həmin kassasiya şikayə Maddə 412. Kassasiya şikayətinin və ya kassasiya protestinin … əlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.

412.4. Kassasiya şikayəti və ya kassasiya protestinə onların surətləri həmin kassasiya şikayəti və ya kassasiya protesti mənafelərinə toxunan cinayət prosesinin bütün iştirakçılarına çatacaq sayda əlavə edilməlidir. Bu vəzifə həbsdə olan məhkuma, yetkinlik yaşına çatmamış şəxsə və barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməyən şəxsə şamil olunmur.

412.5. Hüququ olmayan şəxslər tərəfindən və ya şifahi şəkildə ifadə edilmiş kassasiya şikayəti və ya kassasiya protesti qəbul edilə bilməz.

412.6. Kassasiya şikayətinin və ya kassasiya protestinin geri götürülməsi haqqında müraciət bu Məcəllənin 410.1-ci maddəsi ilə kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində təkrar kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi hüququnun həyata keçirilməsinə mane olmur.

412.7. Məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti, yaxud kassasiya protestinin verilməsi onların icrasını dayandırmır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver