QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 413

Maddə 413. Kassasiya şikayəti və ya kassasiya protestinin məzmunu

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

413.1. Kassasiya şikayəti və ya kassasiya protestində aşağıdakılar öz əksini tapmalıdır:

413.1.1. kassasiya şikayəti və ya kassasiya protestinin ünvanlandığı kassasiya instansiyası məhkəməsinin adı;

413.1.2. kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin adı və statusu;

413.1.3. hökm və ya qərarı çıxarmış məhkəmənin adı;

413.1.4. hökmün və ya qərarın tarixi, qısa məzmunu və kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin mülahizəsinə görə, onun qanunsuzluğunun, əsassızlılığının və ya ədalətsizliyinin nədən ibarət olması;

413.1.5. kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin xahişi;

413.1.6. kassasiya şikayətinə və ya kassasiya protestinə əlavə edilən sənədlərin siyahısı.

413.2. Hökmün dəyişdirilməsinin və ya ləğv edilməsinin zəruriliyi əsaslandırıldıqda kassasiya şikayəti və ya kassasiya protestində işin müvafiq vərəqlərinə istinad edilməlidir. Bu tələb həbsdə saxlanılan məhkuma və yetkinlik yaşına çatmamış şəxsə şamil edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver