QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 418

Maddə 418. Kassasiya şikayətinin və ya kassasiya protestinin ilkin öyrənilməsi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

418.1. Kassasiya instansiyası məhkəməsinə daxil olmuş kassasiya şikayətinin və ya kassasiya protestinin ilkin öyrənilməsi üçün onlar Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasının hakimlərindən birinə verilir. Kassasiya instansiyası məhkəməsinə daxil olmuş kassasiya şikayətlərinin və ya kassasiya protestlərinin bölüşdürülməsi bu Məcəllənin 298.1-ci maddəsində göstərilən qaydaya uyğun olaraq həyata keçirilir.

418.2. Kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim kassasiya şikayətinin və ya kassasiya protestinin ona daxil olduğu vaxtdan 3 (üç) aydan gec olmayaraq aşağıdakı hərəkətləri yerinə yetirir:

418.2.1. kassasiya şikayəti və ya kassasiya protesti və onlara əlavə edilmiş sənədlərlə tanış olur;

418.2.2. bu Məcəllənin 415 və 417-ci maddələrinin tələblərinin yerinə yetirilib-yetirilmədiyini müəyyən edir;

418.2.4. kassasiya şikayətinin və ya kassasiya protestinin dəlilləri ilə müqayisə etməklə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını öyrənir;

418.2.5. məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarına kassasiya qaydasında baxılması üçün kassasiya şikayəti və ya kassasiya protestinin dəlillərinə dair rəy hazırlayır (bu Məcəllənin 415-ci maddəsində göstərilən tələblər yerinə yetirildikdə kassasiya protesti və ya kassasiya şikayəti kassasiya qaydasında mütlə Maddə 418. Kassasiya şikayətinin və ya kassasiya protestinin … rlayır (bu Məcəllənin 415-ci maddəsində göstərilən tələblər yerinə yetirildikdə kassasiya protesti və ya kassasiya şikayəti kassasiya qaydasında mütləq baxılmalıdır);

418.2.6. kassasiya şikayətini və ya kassasiya protestini və onlara əlavə edilmiş cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını, habelə hazırladığı rəyi müvafiq kollegiyanın iclasında baxılması üçün göndərir;

418.2.7. dövlət ittihamçısına, məhkuma (bəraət almış şəxsə) zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), habelə digər maraqlı şəxslərə kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılmasının vaxtı və yeri haqqında məlumat verir.

418.3. Kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver