421.1. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət aşağıdakı hallarda verilə bilər:
421.1.1. kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə baxılması zamanı bu Məcəllənin 418.2.2, 418.2.5, 418.2.7, 418.3, 419.2, 419.5, 419.6, 419.8—419.11 və 419.13-cü maddələrindən birinin və ya bir neçəsinin tələblərinin pozulmasına yol verdikdə;
421.1.2. kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən dəlillər əsaslandırılmadıqda;
421.1.3. kassasiya instansiyası məhkəməsinin qərarının nəticəvi hissəsi onun təsviri-əsaslandırıcı hissəsinə uyğun olmadıqda;
421.1.4. kasasiya instansiyası məhkəməsinin qərarı bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşsa.
421.2. ləğv edilmişdir.
421.3. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna verilir.