QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 422

Maddə 422. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət vermək hüququ olan şəxslər

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

422.1. Əlavə kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna təqdimat vermək hüququna yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri bu səlahiyyətləri apellyasiya məhkəmələrinin sədrlərinin və ya Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin təqdimatı əsasında da həyata keçirir.

422.2. Əlavə kassasiya qaydasında protest vermək hüququna yalnız cinayət təqibi ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyi hallarda Azərbaycan Respublikasının Baş prokuroru malikdir.

422.3. Əlavə kassasiya qaydasında şikayət vermək hüququna zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi, məhkum və ya onun xahişi ilə aşağıdakı tələblərə cavab verən müdafiəçi malikdir:

422.3.1. bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən vəkil;

422.3.2. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda iştirak etmək üçün vəkillik kollegiyasının müvafiq qurumunun orderini almış vəkil. KM Q 1

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver