QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 423

Maddə 423. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayətin verilməsi xüsusiyyətləri

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

423.1. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət yalnız hüquq məsələləri üzrə cinayət qanununun və ya bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılması məqsədi ilə verilir.

423.2. Bu Məcəllənin 421.1-ci maddəsində nəzərdə tutulmuş hallarda əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət mübahisə edilən kassasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığı gündən sonra 12 (on iki) ay müddətində verilə bilər.

423.3. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət yazılı şəkildə verilir və onlara məhkəmənin mübahisə edilən hökm və ya qərarının, habelə müvafiq olaraq təqdimatın, protestin və ya şikayətin dəlillərini təsdiq edə biləcək sənədlərin surətləri əlavə olunur.

423.4. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət bu Məcəllənin 413.1.1—413.1.6-cı maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır.

423.5. Əlavə kassasiya qaydasında verilmiş təqdimata, protestə və ya şikayətə onları vermək hüququ olan bütün şəxslərə çatacaq sayda onların surətləri əlavə edilir.

423.6. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət vermiş şəxs məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun iclasında baxılanadək onu geri götürmək hüququna malikdir. Təqdimat, protest və ya şikayətin geri götürülməsi onlara Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmasına xitam verilməsinə səbəb olu Maddə 423. Əlavə kassasiya qaydasında təqdimat, … alikdir. Təqdimat, protest və ya şikayətin geri götürülməsi onlara Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmasına xitam verilməsinə səbəb olur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver