442.1. Məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir.
442.2. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır:
442.2.1. hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsinə və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsinə, və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara;
442.2.2. cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə;
442.2.3. cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə vəsatət və təqdimatlara. * ( Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunu ilə 442.2.3 -cü maddəyə edilmiş d Maddə 442. Məhkəmə nəzarətinin həyata … də vəsatət və təqdimatlara. * ( Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunu ilə 442.2.3 -cü maddəyə edilmiş dəyişiklik və əlavə edilmiş 442.2.4 -cü maddə üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.)
442.3. Bu Məcəllənin 442.2-ci maddəsində göstərilən vəsatət, təqdimat və şikayətlərə məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəmənin hakimi tərəfindən təkbaşına baxılır.
442.4. Bu Məcəllənin 442.2-ci maddəsində göstərilmiş məsələlər üzrə hakimin çıxardığı qərarlara apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı hallarda yenidən baxıla bilər:
442.4.1. hüquq və azadlıqları məhdudlaşdırılan şəxsin şikayəti üzrə;
442.4.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi və ya əməliyyat-axtarış fəaliyyəti üzərində nəzarəti həyata keçirən prokurorun protesti üzrə.
442.5. Məhkəmə nəzarəti sahəsinə aid olan məsələlər, habelə onların həyata keçirilməsi qaydası bu Məcəllənin 443—454-cü maddələri ilə müəyyən edilir.